Dövlət katibi: \

Dövlət katibi: \"ABŞ Azərbaycanla əməkdaşlıqdan razıdır\" - FOTO

Hazırda oxunan: Dövlət katibi: \"ABŞ Azərbaycanla əməkdaşlıqdan razıdır\" - FOTO

48789

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov GUAM-a üzv dövlətlərin XİN başçılarının iclasında çıxış etdi - GÖRÜŞÜN DETALLARI


Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO