Paşinyan erməni cəmiyyətinə “ŞOK EFFEKTİ” yaşadır - Qabil Hüseynli 

Paşinyan erməni cəmiyyətinə “ŞOK EFFEKTİ” yaşadır - Qabil Hüseynli 

Hazırda oxunan: Paşinyan erməni cəmiyyətinə “ŞOK EFFEKTİ” yaşadır - Qabil Hüseynli 

48784

Erməni cəmiyyətində “Qarabağ bizim deyil, “Artsax” uydurmasına görə övladlarımız ölməli deyildi” lozunqları çoxalıb. Bu o deməkdir ki, Paşinyan hökuməti erməni cəmiyyətini Azərbaycanın diktə etdiyi sülhə hazırlayır? 

Eks dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, bunun 2 səbəbi var. Obyektiv səbəbi isə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti uzun müddətdir ki, onlara təlqin edilmiş saxta tezislərdən beziblər. 

Bizim.Media-ya özəl açıqlamasında professor İrəvanın saxta tezisləri arasında “Artsax”ı da önə çəkib. 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda yeni müharibə təhlükəsi yaranır? – Qabil Hüseynlidən PƏRDƏARXASI


Erməni cəmiyyəti ayılma prosesindədir:

“Müxtəlif stereotiplərdən, klişelərdən xilas olma prosesi gedir. Ermənilər baş verənlərin səbəb və nəticə əlaqəsini axtararaq görürlər ki, “Artsax” uğrunda mübarizə Ermənistanı bugünkü məğlubiyyətlərə və çətinliklərə gətirib çıxarıb. Bu ayılma prosesini Paşinyan tərəfinin təbliğatı da sürətləndirir”. 

Qabil Hüseynli cavabı əsnasında Ermənistan daxilində gedən proseslərə də toxunub.

Belə ki, “Qarabağ klanı”ın əsas fiqurlarından olan Robert Koçaryanın məhkəmə işinin hələ də davam etməsi, Serj Sarkisyanın yeyinti ilə bağlı istintaq prosesinin başladılması da mühüm yeniliklərdir. Çünki I Qarabağ savaşının əsas səbəbkarları və Azərbaycanla sülhə mane olanlar arasında ilk ağıla gələnlər də, məhz Ermənistanın bu eks prezidentləridir. Ermənistanın daxilində belə ünsürlərin zərərsizləşdirilməsi isə gələcəkdə Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün müəyyən əngəlləri aradan götürür. 

Politoloq erməni bloger Roman Baqdasaryanın “Artsax” cinayətlərini açıb-tökdüyünü, 1600 erməni əsgərin separatçılar tərəfindən qəsdən öldürüldüyünü də xatırladıb.

Erməni tarixçi Filipp Ekozyantsdan da sitat gətirən Qabil Hüseynli artıq ermənilərin xronoloji gerçəklərdən agah olmağa başladığını vurğulayıb. Yəni, daşnakların “Miatsum” ideologiyası da erməni cəmiyyəti arasında gülüş hədəfinə çevrilməkdə, ucuzlaşmaqdadır.

Ermənilərin reallıqları dərk etməyə başlamasının ikinci səbəbinə gəlincə:

“İkinci səbəb dünyada gedən proseslərlə bağlıdır. Burada Türkiyə və Azərbaycanla olan münasibətləri də qeyd etməliyik. Ermənilər ölkədən kənara çıxanda başqa insanların normal yaşadığını görürlər. Başa düşürlər ki, erməni xalqı uzun müddətdir ki, qondarma və uydurma bir tarixin köləsinə çevrilib”. 

Qabil Hüseynlinin fikrindən çıxış edərək əlavə edək ki, Ermənistandan xaricə qaçanlar arasında artıq populyar ermənilər (şahmatçı Levon Aronyan) də var. Bu müstəvidə Ermənistanın sadə vətəndaşlarının “dolanışıq stres”i artır. Erməni iqtisadçılar isə çıxış yolunu Azərbaycanın da yer alacağı 3+3 kimi platformalarda görürlər. Əlbəttə ki, çıxış yolu yaxındadır. Ancaq əvvəlcə Azərbaycanın tələbləri yerinə yetirilməli, ərazi bütövlüyü İrəvan tərəfindən də tanınmalıdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO