Türkiyəli generaldan helikopter qəzası ilə bağlı AÇIQLAMA

Türkiyəli generaldan helikopter qəzası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Türkiyəli generaldan helikopter qəzası ilə bağlı AÇIQLAMA

48700

Noyabrdın 30-da baş verən helikopter qəzasına görə qardaş Türkiyə Respublikasında da hüzn yaşandı. Belə ağır gündə türk xalqı ölkəmizin yanında olduğunu bir daha bəyan etdi. 

Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyir ki, Azərbaycanın acısı bizim də acımızdır: 

“Başın sağ olsun, Azərbaycan. Allah 14 şəhidimizə rəhmət etsin, yaralılarımıza şəfa diləyirəm. Azərbaycanın acı günü bizim üçün də çox ağırdır”.

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli general: "2020-ci Xarıbülbül ili oldu"


Hərbçi qeyd edir ki, bu cür helikopter qəzaları indiyə qədər Türkiyədə və bir çox dünya ölkələrində baş verib. Bunun səbəbləri isə müxtəlif olur. Yəni bu cür halları hansısa hisslərə qapılıb şayiələr yaymaq, əsassız xəbərlər tirajlamaq düzgün deyil: . 

“Bu texniki, pilotun səhvi, hava şəraitinin əlverişsiz olması səbəbilə ortaya çıxa bilər. Bu hadisəni əsassız xəbərlərlə gündəmə gətirmək, insanlar içində təşviş yaratmaq lazım deyil. Bu cür hadisələr baş verdikdə onsuz da aidiyyatı qurumlarda geniş araşdırma başladılır. Əlavə söhbətlərə ehtiyac yoxdur. Yücel Karauz həmçinin qeyd edib ki, bu cür faciələr yaşanan zaman bəzi qüvvələr elə ilk dəqiqədən qəzanın təxribatla əlaqələndirməyə çalışır. 

“Bu bütün dünyada belədir. Əsasən də həyatında heç təyyarəyə, helikopterə minməyən insanlar başlayırlar müxtəlif mülahizələr yürütməyə. Belə insanlar  helikopter sistemindən anlamır, ancaq təxribatedici fikirlərlə sosial şəbəkələrdə çıxış edərək cəmiyyət arasında panika yaratmaq istəyirlər. Mən neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmentini izləyirəm. Orada bu cür insanların necə aktiv olduğunu görürəm. Hətta bu qəzanın 1991-ci il Qarakənd faciəsi ilə əlaqələndirdiklərini də gördüm.

Bu adamların məqsədi nədir? Bunu gözləyən qüvvələr var ki, xüsusilə belə zamanlarda insanlar arasında təşviş yaradaraq dövlətə qarşı inamsızlıq yaratmaq marağında olurlar”.

Sonda ehtiyatda olan hərbçi sosail media üzərindən xalq içində təşviş yaradan insanlara da müraciət edib:

“Mən insanları daha da ayıq-sayıq olmağa çağırıram. Hər oxuduğunuz, müzakirə oluanan proseslərə inanmayın. Burada bir məqsəd var xalqda dövlətinə, millətinə və Silahlı Qüvvələrinə qarşı inamsızlıq yaratmaq. Ən düzgün qərarı araşdırmalar göstərəcək və sonra rəsmi açıqlama veriləcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO