“Qarabağdakı qələbədən sonra türk dünyası yeni hədəfə çatacaq” - Əziz Səncər

“Qarabağdakı qələbədən sonra türk dünyası yeni hədəfə çatacaq” - Əziz Səncər

Hazırda oxunan: “Qarabağdakı qələbədən sonra türk dünyası yeni hədəfə çatacaq” - Əziz Səncər

48656

“44 günlük müharibədə Azərbaycanın qələbəsi bütün türk dünyasının böyük qələbəsi oldu. Dünya türkləri şəhid olan Azərbaycan əsgərlərinə və onların ailələrinə borcludur”. 

Bizim.Media xəbər verir ki, bunu Bakıda UNEC İqtisadi Forumunda çıxış edən Nobel mükafatı laureatı, professor doktor Əziz Səncər deyib.

O, türk dünyasının qarşısında duran yeni - elm sahəsində qalib gəlmək vəzifəsindən söz açıb. Səncər elmin inkişafında sıçrayış üçün 5 əsas prinsip təklif edib:

“Birincisi, geniş təcrübə mübadiləsi və elmi müəssisələrin sıx əməkdaşlığıdır. Artıq Bakı ilə Ankara arasında belə əməkdaşlıq qurulub. Bu istiqamətdə Özbəkistan da  irəliləyir. Hazırda Daşkənddə türk xalqlarını təmsil edən tələbələrin təhsil alacağı Türk Universiteti yaradılır. Elmi sahənin Türkiyədən Çin Xalq Respublikasının türk muxtariyyətinə qədər vahid qarşılıqlı fəaliyyət məkanına çevrilməsi zəruridir. Prezident Rəcəb Tayyib Ərdoğan son açıqlamalarının birində türk dövlətləri və xalqlarının, o cümlədən elm sahəsinin inteqrasiyası üçün əlindən gələni edəcəyini bildirib. 

İkincisi, uşaqlara kiçik yaşlarından elmi fənlərə məhəbbət aşılamaqdır. Ən sadə səviyyədə uşaqlarda elm haqqında təsəvvür olmalıdır. 

Üçüncüsü, gənc elmi kadrlara fəaliyyət azadlığı vermək, dördüncüsü, elmlə məşğul olan insanlar dindən və siyasətdən kənarda olmalıdırlar. Beşincisi, elm sahəsində qadınlar və kişilər üçün bərabər şərait və imkanlar yaratmaq lazımdır”. 

Səncərin sözlərinə görə, türk dünyasının böyük elmi potensialı var:

“Ötən əsrin 80-ci illərində Türkiyə və ÇXR elmin inkişafı üçün eyni başlanğıc şərtlərinə malik olub. İndi Çinin qabaqcıl elmi, kəşfləri və inkişafı Avropa və Amerikanın akademik qurumlarını kənara itələyib. Önümüzdəki beş ildə ən azı 10-15 elmi sahədə çinlilər Nobel mükafatına layiq görüləcək”. 

Səncər deyib ki, türk xalqları nəticə çıxarmalı, elmi sıçrayış etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO