“NATO Yuqoslaviyanı parçalamasını indi Rusiya -Ukrayna münaqişəsi üzərində təkraralayır”
Bunu Moderator.az-a açıqlamasında politoloq Rüstəm Məmmədov ötən gün Ziyafət Əsgərovun “Bu gün beynəlxalq hüquq ağır durumdadır və beynəlxalq hüququn qapısını da döyən yoxdur, çünki heç nəyi həll edə bilmir” kimi sözlərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, beynəlxalq hüquq bu gün möhkəm sınağa çəkilir:
“Beynəlxalq hüququ yaradan dövlətlər ondan mənfəət güdməyə çalışır.
Bir dövlət məhv olarsa, bütün dövlətlər məhv olar. Bu hamı üçün aksiomadır.
Bunu sübut etməyə heç ehtiyac da yoxdur. Mənim üçün maraqlı məqam ondan
ibarətdir ki, keçmiş Yuqoslaviya parçalandığı zaman Rusiya prezidenti də
demişdi ki, beynəlxalq hüquq bizə lazım deyil. Mən o zaman da öz etirazımı
bildirdim. Hesab edirəm ki, beynəlxalq hüquq ölməyib, o sadəcə yaralanıb. İndi
yenə Rusiya-Ukrayna məsələsindən dolayı beynəlxalq hüquq qınaq obyektinə çevrilib.
Bir az əvvəl NATO-nun Yuqoslaviyanı parçalamasını indi Rusiya- Ukrayna münaqişəsi
üzərində təkrarlayır. NATO faktiki olaraq öz dəyərlərinə qarşı hörmətsizlik
edir. Bu gün beynəlxalq hüquq olmasa dünya parçalanar. Hesab edirəm ki,
beynəlxalq hüququn qorunması üçün bütün bəşəriyyət səy göstərməlidir”































































































