Zəngəzurun ermənilərə verilməsi və Naxçıvanın qorunması barədə BİLMƏDİKLƏRİNİZ - ÖZƏL

Zəngəzurun ermənilərə verilməsi və Naxçıvanın qorunması barədə BİLMƏDİKLƏRİNİZ - ÖZƏL

Hazırda oxunan: Zəngəzurun ermənilərə verilməsi və Naxçıvanın qorunması barədə BİLMƏDİKLƏRİNİZ - ÖZƏL

48579

101 il əvvəl, 1920-ci il dekabrın 1-də Qərbi Zəngəzurun ermənilərə “pay” edilməsinin ilkin etaplarından biri yaşanıb. 

AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə mövzu ilə bağlı özəl olaraq Bizim.Media üçün “Zəngəzur faciəsinin qısa tarixi” şərhini yollayıb.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində Zəngəzur və Göyçə gölü hövzəsinin şərq hissəsi bizim dövlətin sərhədlərinə daxil olub:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizi ilə bağlı danışıqların İLKİN 7 BƏNDİ – Sərhəd məsələsi həll edilib? 


“Bu faktı Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin 1919-cu ildə Paris Sülh Konfransına təqdim etmək üçün hazırladığı xəritə də sübut edir. Ümumiyyətlə, Avropada və Rusiyada XVIII-XIX əsrlərdə hazırlanmış xəritələrdə Zəngəzur, Göyçə və Qarabağ bölgələrində ermənilərin yaşadığını sübut edən heç bir yer-yurd adı mövcud deyil. 

Maraqlı bir fakta toxunmaq istəyirəm:

1804-cü ildə Almaniyanın Veymar şəhərində tanınmış kartoqraf (xəritəşünas) İohann Reynekenin nəşr etdirdiyi “Qafqaz ölkələrinin xəritəsi”ndə Qarabağın, Borçalının, Göyçənin və Zəngəzurun yer-yurd adları yalnız Azərbaycan türkcəsində qeyd olunub. İohann Reynekenin xəritəsində qısa arayış da verilib. Bu arayışda Qafqaz xalqları içərisində azərbaycanlıların adları - tatarlar, həmçinin çərkəzlərin, gürcülərin, osetin və ləzgilərin adları çəkilir. Bu arayışda 14 Qafqaz xalqı arasında ermənilərin adı yoxdur”. 
 

Tarixçinin sözlərinə görə, 1920-ci il 27 apreldə ADR-in süqutundan sonra sovet hakimiyyəti quruldu və antitürk meyilli rus, erməni əsilli bolşevilər, onların iyrənc əməllərinə xidmət edən azərbaycanlı bolşeviklər Azərbaycanın tarixi torpaqlarını bölüşdürməyə başlayıblar:


“1920-ci il 10 avqustda Rusiya kommunist-bolşevik partiyasının Qafqaz bürosu Azərbaycan xalqının rəyini nəzərə almadan qeyri-qanuni olaraq Şərur-Dərələyəzin daşnak Ermənistana verilməsi barədə qərar qəbul edib. Həmin ilin 29 noyabrında Ermənistanda sovet hakimiyyəti qurulandan 1 gün sonra Zəngəzur haqqında faciəli qərar qəbul olunub. Noyabrın 30-da Azərbaycan kommunist-bolşevik partiyasının siyasi bürosunun iclasında Zəngəzur bölgəsinin Ermənistana verilməsi qərara alındı. 

1 dekabrda qərar haqqında bəyanatında Nəriman Nərimanov Zəngəzur və Naxçıvanın Ermənistana verilməsini elan etdi. Həmin vaxt Naxçıvanda türk ordusu var idi. 2 dekabrda Türkiyə ilə Ermənistan arasında imzalanan Gümrü müqaviləsi əsasında Naxçıvanın türk protektoratlığında (müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən asılılıq forması) olması qeyd edildiyindən ermənilər Naxçıvana daxil ola bilmədilər.

Bu müqavilə ermənilərin Naxçıvan arzusunu ürəyində qoydu. 1921-ci il yanvarın 12-də Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar nəticəsində Zəngəzur ərazisi iki yerə - Ermənistana bağışlanan Qərbi Zəngəzura və Azərbaycan SSR-in tərkibində qalan Şərqi Zəngəzura bölündü. 

1923-cü il 21 iyunda Azərbaycanın tarixi torpaqlarının bölünməsində xüsusi canfəşanlıq göstərən Sergey Kirovun təklifi ilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında Şərqi Zəngəzur ərazisini əhatə edən Kürdüstan qəzası yaradıldı.
 

1926-cı il siyahıya alınma nəticəsində məlum oldu ki, bu qəzanın ümumi əhalisinin 92.5 faizinin ana dili türk dili, cəmi 6.1 %-nin dili isə kürd dilidir. Azərbaycan SSR-nin 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası ləğv edildi. 


1929-1931-ci illərdə Zəngilan və Ordubad rayonlarının bir sıra kəndlərinin Ermənistan SSR-ə verilməsi nəticəsində tarixi Zəngəzur ərazisində qondarma Meğri rayonu yaradıldı. Meğri rayonunun yaradılması nəticəsində isə Naxçıvanın Azərbaycan SSR-in əsas hissəsilə quru yolla birbaşa əlaqəsi kəsildi. 

Beləliklə, tarixən mövcud olan Zəngəzur dəhlizi tarixi sahibi olan Azərbaycandan alınaraq ermənilərin ixtiyarına verildi. 1948-1953, 1988-1991-ci illərdə Ermənistan SSR-in öz havadarları olan rusların fəal dəstəyi ilə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz ata-baba torpaqları olan İrəvandan, Göyçədən, Vedi, Dərələyəz, eləcə də Qərbi Zəngəzurdan qovuldular”.

Anar Rəhimov, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO