Pakistan səfirliyindən Azərbaycana BAŞSAĞLIĞI: “Xəbər bizi kədərləndirdi”

Pakistan səfirliyindən Azərbaycana BAŞSAĞLIĞI: “Xəbər bizi kədərləndirdi”

Hazırda oxunan: Pakistan səfirliyindən Azərbaycana BAŞSAĞLIĞI: “Xəbər bizi kədərləndirdi”

48492

Pakistanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı diplomatik nümayəndəliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

“Azərbaycan helikopterinin faciəvi şəkildə qəzaya uğraması və 14 peşəkar hərbçinin həlak olması xəbəri bizi kədərləndirib. Allah şəhidlərin cənnətdəki məqamını uca etsin. Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua edirik”, - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO