XİN-dən Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM

XİN-dən Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: XİN-dən Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM

48489

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviterdəki hesabında Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il keçməsi ötməsi ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Düşmən Laçını 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçərək işğal etmişdi.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO