Ermənistanın MİNA TERRORU davam edir: “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”

Ermənistanın MİNA TERRORU davam edir: “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”

Hazırda oxunan: Ermənistanın MİNA TERRORU davam edir: “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”

48350

Üçüncü üçtərəfli bəyanat imzalansa da, ermənilərin mina terroru davam edir. Sonuncu dəfə dünən daha bir nəfər azərbaycanlı Cəbrayılda minaya düşüb. 

Məsələ ilə bağlı deputat Elşad Mirbəşiroğlunun fikirlərini öyrəndik və o, erməni terroruna təəccüblənməyin özünün təəccüb doğurduğunu qeyd edib. Çünki Ermənistanın mahiyyət etibarı ilə təcavüzkar, terrorçu dövlət olduğu bizə bəllidir. 

Bizim.Media-ya özəl müsahibəsində millət vəkili Prezident İlham Əliyevdən də sitat gətirib ki, İrəvanın Bakıya təqdim etdiyi mina xəritələrinin cəmi 25 %-i həqiqəti əks etdirir. Yəni, xəritələrin 75 faizi dəqiq deyil.
 

MÖVZU İLƏ BAĞLI:

PARTLAYIŞ: “Təqdim edilən mina xəritələrinə inanmaq olmaz”


Amma başqa səbəblər də ola bilər:

“Ola bilsin ki, Ermənistan minaları o qədər xaotik (qarma-qarışıq) yerləşdirib ki, bəlkə də heç özlərində minaların xəritəsi barədə aydın təsəvvürlər yoxdur”. 

Yəni, 44 günlük savaşda işğalçılar qaçan zaman minaları necə gəldi basdıra da bilərlər?

“Bəli, bu versiya kifayət qədər real ola bilər. Əslində bunun özü həm müharibə qaydalarına ziddir, həm də ümumiyyətlə beynəlxalq hüquqi normativ aktları pozur. 

O ki qaldı üçüncü üçtərəfli bəyanata, Soçi görüşü keçirildi, Azərbaycan növbəti qələbəsini qazandı, Ermənistan isə növbəti dəfə fiaskoya uğradı. Biz Ermənistanı bu cür dalana dirəməkdəyik. İrəvanı bu yolla sülhə məcbur etməkdəyik. Təbii ki, əraziləri minalardan da təmizləyəcəyik, Ermənistanın əlində əlavə xəritələr varsa, onların da təqdim olunmasına nail olacağıq”.

Digər sualım ondan ibarətdir ki, hazırda ermənilərin Azərbaycana vurduğu ziyanın dəqiq hesablanması gedir. Müharibədən sonrakı dövrdə minaya düşərək ölənlər, partlayan texnikalar qanunla, beynəlxalq hüquqla ermənilərin ödəyəcəyi təzminata əlavə olunmalıdırmı? 

“Bəli, mütləq şəkildə. Siz də bilirsiniz ki, minaların təmizlənməsi üçün Azərbaycan böyük məbləğdə resurslar sərf edir. Burada insan itkilərimiz də olur. Bütün bunların hamısı Ermənistanın bizə vurduğu maddi, mənəvi zərərdir.
 

Azərbaycan dəqiq hesablamalar aparıb Ermənistanı təzminatı ödəməyə məcbur edəcəkdir. Minadan təmizləmə işlərinin çoxlu məsrəfləri var. Təmizləmə işləri hələ də gedir, çünki ermənilər işğaldan qaytardığımız torpaqları “mina tarlası”na çevirib. 


Ermənistana qarşı Haaqa prosesinin başlaması üçün bütün əsaslar mövcuddur. Yəni İrəvanın törətmiş olduğu cinayətlərin ağırlıq dərəcəsi, miqyası o qədər böyükdür ki, Ermənistan hökuməti, hətta özünü separatçı rejimin “başçı”sı adlandıran Araik Arutunyana qarşı Haaqa məhkəməsinin qurulması üçün əsaslar var”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO