Mixael Finkel: “Ermənistanın tərbiyəsi ilə Azərbaycan məşğul olmalıdır”

Mixael Finkel: “Ermənistanın tərbiyəsi ilə Azərbaycan məşğul olmalıdır”

Hazırda oxunan: Mixael Finkel: “Ermənistanın tərbiyəsi ilə Azərbaycan məşğul olmalıdır”

48233

“Ermənistan mənim gözümdə Qəza bölgəsidir. Burada əsas oxşar cəhət, hər iki ərazinin terror qruplaşması tərəfindən idarə olunmasıdır. Hər ikisi müharibə və münaqişə zamanı dinc əhaliyə hücum edir. Əvvəllər də, elə 44 günlük müharibə zamanı da erməni terrorçular Gəncə və Bərdədə neçə mülki insanı öldürdü”.

Bu sözləri Bizim.Media açıqlamasında israilli siyasi ekspert Mixael Finkel deyib.

MÖVZU İLƏ BAĞLI:

Yəhudi EKSPERT: “İran Azərbaycana hücum etsə, qarşısında BU ÜÇ DÖVLƏTİ görəcək”


O, qeyd edib ki, ermənilər 10 noyabr bəyanatını imzalanmalarına baxmayaraq, sərhəddə neçə dəfə təxribat törədiblər. 

“Soçi görüşünü Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirirəm. Amma Ermənistan zaman-zaman atdığı imzaya naxələf çıxıb. Ona görə də belə bir dövlətin hansısa sazişə sadiq qalmasını gözləmək olmaz. Soçi görüşündən sonra da Azərbaycan ehtiyat tədbirlərini əldən buraxmamlıdır”.

Finkelin fikrincə, Ermənistandan hələ uzun müddət konstruktiv addımlar gözləməyə dəyməz.  

“Mən düşünmürəm ki, onlar tezliklə mina xəritələrini Azərbaycana təslim etməlidirlər. Amma onlar hələ də bu barədə susurlar. Bu xəritələrin ümumiyyətlə, doğru olub-olmaması haqqında da heç bir anlayış yoxdur. Ermənilərin elə xisləti var ki, onlar nə Soçi, nə də Brüssel görüşü ilə yola gələndirlər. Hətta bunu Nikol Paşinyan istəsə belə, bu mümkün deyil. Çünki o, bu gün proseslərə tam cavabdehlik daşımır”.

Ekspert həmçinin qeyd edib ki, bu gün Ermənistan tarix boyu ona dəstək olan, ona çorək verən Rusiyanı sıxışdırıb regiondan çıxarmaq istəyir, bunun üçün hiyləgər oyunlar qurur.

“Son zamanlar Ermənistan Rusiyanın sözlərini qulaq ardına vurur. Regionda Cığallıq etdiyinə görə isə hələ regionda heç bir MDB dövləti Ermənistana təzyiq göstərə bilmir, onlar özlərini tərbiyəsiz balaca bir uşaq kimi aparırlar. Azərbaycan isə bu uşağı tərbiyə etməyin yolunu yaxşı bilir və bununla o, məşğul olmalıdır. Mən düşünürəm ki, Ermənistanla kökə yox, kötək siyasəti daha keçərlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO