Bu gün Ankara və Bakı mediada əməkdaşlığı inkişaf etdirmək və iki ölkənin dostluq əlaqələrini gücləndirmək üçün ortaq media platformasında bir anlaşma memorandumu imzalayacaq.
Anlaşma Memorandumu, Prezident İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Fahrettin Altun və Azərbaycan Prezidentinin Köməkçisi Hikmət Hacıyev tərəfindən imzalanacaq.
Birgə Media Platforması çərçivəsində hər iki ölkənin rəsmi media qurumları ortaq işlər görərkən sağlam media əlaqələri şəbəkə infrastrukturunun yaradılması üçün məlumat, təcrübə və mənbələr paylaşılacaq.
Beynəlxalq aləmdə dezinformasiyalarla mübarizə və beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması istiqamətində işləyəcək platforma, iki ölkənin fikir liderləri və müxtəlif KİV nümayəndələri arasında bir körpü yaradacaq, eyni zamanda peşə təhsili və mübadilə proqramları da yaradılacaq.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra üç ay ərzində ətraflı bir plan qurulacaq.
Birgə işçi komissiya iki ölkədə müntəzəm iclaslar keçirəcək və təqvim və maliyyələşdirmə daxil olmaqla ətraflı planı hər iki ölkənin səlahiyyətlilərinə təqdim edəcək.
Bu əməkdaşlığı zəruri edən səbəblərdən biri kimi, Ermənistanın hər iki ölkəyə qarşı aparılan informasiya müharibəsi göstərilir. Bundan başqa dünyanın bir çox ölkələrində türk birliyi ölkələrinə qarşı qurulan geniş qara piar kampaniyaları da bu məsələni şərtləndirib. Ona görə də Türkiyə ilə Azərbaycan arasında media, rabitə və xalq diplomatiyası sahələrində əməkdaşlığın artırılmasıhəyati bir məsələ hesab edilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:13 / 10.12.2020
Azərbaycan və Türkiyə arasında media platforması memarandumu imzalanacaq
Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında media platforması memarandumu imzalanacaq
Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında media platforması memarandumu imzalanacaq
4812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.