Bu gün Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə (svop) dair müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran Naxçıvana qaz verəcək - Şahin Mustafayevin TEHRANDA konstruktiv görüşü
Qeyd olunub ki, müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
Bizim.Media