Prezident İlham Əliyev Soçidə - Növbəti diplomatik uğurun təməlləri necə atılıb?

Prezident İlham Əliyev Soçidə - Növbəti diplomatik uğurun təməlləri necə atılıb?

Hazırda oxunan: Prezident İlham Əliyev Soçidə - Növbəti diplomatik uğurun təməlləri necə atılıb?

47965

26 noyabr Soçi görüşü artıq tarixdir. Növbəti üçtərəfli sammit əslində özünün xarakterində bir neçə istiqaməti müəyyən etdi. İndi əksər beyin mərkəzlərinin və siyasi dairələrin Soçi görüşünün Cənubi Qafqazdakı vəziyyətin nizamlanmasında və xüsusilə Azərbaycanın tələblərinin yerinə yetirilməsində nə dərəcədə uğurlu olduğu əsas müzakirə mövzusudur.

Bu hələ bir neçə gün bu şəkildə davam edəcək. Bəzi ekspertlər, görüşdən istənilən nəticənin hasil olmadığı düşüncəsindədir.

Lakin üçtərəfli görüşün nəticəsində imzalanan birgə bəyanatın məzmunu hadisələrin tamamilə fərqli ssenari üzrə inkişaf etdiyini deməyə əsas verir.
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə 3 ölkənin liderləri bəyanat imzaladı – TAM MƏTN


Qeyd edək ki, Soçi görüşü ilə bağlı fikir ayrılıqlarının əsas səbəbi üçtərəfli müzakirələrin müstəqil formada nəzərdən keçirilməsi ilə bağlıdır.

Əgər Soçi görüşü mövcud problemin yekun həlli ilə başa çatacaqdısa, o zaman Brüssel görüşünə heç ehtiyac olmazdı. Yox, bu cür bir görüşə ehtiyac varsa, deməli bu görüşdə müzakirə olunan məsələlər Brüssel görüşü ilə birbaşa əlaqəli məsələlərdir. 
 

Məsələyə sırf Soçi görüşünün nəticələri prizmasından yanaşsaq, görərik ki, bu görüşün təkid və təşkilatçılığı ardıcıllıqla rəsmi Bakı və Moskvadır. İrəvan bu görüşə və yekun bəyanata məcbur edilən tərəfdir.


Həm də bu 10 noyabr 2020-ci il bəyanatının təftişi və şərtlərin əməl edilməsinə məcbur edilmə aktı da adlandırıla bilər. Burada da tələbkar tərəf Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevdir. 

Eyni zmaanda...

Həm Azərbaycan, həm də Rusiya üçün Soçi görüşü dekabrın 15-də baş tutacaq Brüssel görüşü üçün ön hazırlıqdır. Hər iki tərəf Ermənistan rəhbərliyinin Brüssel görüşündən ciddi gözləntiləri olduğunun fərqindədir. Ermənistan bir ildən çoxdur ki, Qərbin diqqətini Cənubi Qafqaza və xüsusilə də Qarabağa yönəltməyə çalışır və qarşıdakı görüş də bunun üçün ən uyğun fürsət ola bilərdi.

Soçi bəyanatı məhz bu mövqedən, qeyri-konstruktiv davranışların qarşısını almaq və Ermənistanın Brüsseldəki fəaliyyət istiqamətlərini daraltmaq kimi qiymətləndirilməlidir.

Ermənistanın qeyri-konstruktiv mövqeyi və üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməkdən imtina etdiyi, bu prosesi süni şəkildə gecikdirdiyi məlumdur. Brüssel görüşündə də Ermənistan rəhbərliyinin oxşar qaydada bu istiqamətdəki öhdəliklərini inkar etməsi gözləniləndir. 

Soçi bəyanatı Brüsseldə imzalana biləcək hər hansı formatdakı bəyanatın konturlarını müəyyən edir. Hazırda Cənubi Qafqazdakı mövcud vəziyyət Azərbaycanın və Rusiyanın maraqları çərçivəsindədir.
 

Ermənistan üçünsə vəziyyət heç də ürəkaçan deyil və Brüssel görüşü Ermənistan üçün bir nəfəslik ola bilər. Azərbaycan rəhbərliyi isə Soçi bəyanatını imzalamaqla Brüsseldə Ermənistan mümkün diplomatik təxribatlarını zərərsizləşdirməyi hədəfləyib. 


Soçi bəyanatı Azərbaycan üçün diplomatik şahmatın birinci partiyasıdır. Ermənistan baş naziri bəyanata imza atmaqla dolayı şəkildə öz Brüsseldəki imkanlarını da məhdudlaşdırmış oldu.

Prezident İlham Əliyev isə öz imzası ilə Azərbaycanın maraqları çərçivəsində olan məsələlərin dəyişməzliyini yenidən təsdiqləmiş oldu. Bu imza həm qarşıdakı Brüssel görüşünün nəticələrinə birbaşa təsir etmək, həm də görüş öncəsi Ermənistana mövcud reallığı yenidən xatırlatmaq idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO