Deputat Tahir Kərimli parlamentdə və mətbuatda çıxışlarını qeyri- müəyyən müddətə dayandırmasının səbəblərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkədə xalqa müraciət edib.
"Mənim parlamentdə çıxışım bəzi qüvvələr tərəfindən xalqa təhrif olunaraq çatdırılıb. Bundan sonra mən təhqir dolu ismarıclar almağa başladım. Mən məgər nəyisə səhv demişəm? Milli Məclisdə onlarla aşağı vəzifədə çalışan xadimlər, sürücülər var".
MÖVZU İLƏ BAĞLI:
Deputat xalqdan və spikerdən ÜZR İSTƏDİ – Bu sözlərinə görə
Daha sonra o, Milli Məclisin spikeri Sahibə Qafarovadan üzr istədiyinə görə, onu yaltaqlıqda günahlandıranlara da cavab verib.
"Məni təhqir edənlərdən soruşuram, məgər siz ömrümüzdə üzr istəməmisiz? Məgər üzr istəmək yaltaqlıq, sınmaq deməkdir? Mən indiyə qədər hansı siyasi mövqeyimdən geri çəkilmişəm ki?".
Daha ətraflı video müraciətdə izləyə bilərsiniz.
Bizim.Media