Xəbər verdiyimiz kimi, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Putin çıxışı zamanı deyib ki, yaxın gələcəkdə Qarabağda normal həyatı bərpa etmək üçün lazımi qərarlar qəbul edə biləcəyik.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Putin daha sonra qeyd edib ki, “Bizim dərin tarixi bağlarımız var, onların dağılmasını istəməzdim, onları dəstəkləmək və inkişaf etdirmək lazımdır”.
O, tək-tək hadisələr olsa da, Qarabağda genişmiqyaslı hərbi əməliyyatların olmadığını müsbət hesab edir.
Putin ümid edir ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq.
Azərbaycan prezidenti İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarına göstərdikləri yaxşı xidmətə görə təşəkkür edib, onların məsuliyyət daşıdıqları ərazidə vəziyyətin stabil olduğunu qeyd edib.
Paşinyan isə vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşdirilməsində əsas rol oynayır, lakin vəziyyət bizim istədiyimiz qədər sabit deyil.
Onun fikrincə, Dağlıq Qarabağ nizamlanması ATƏT-in Minsk Qrupu çərçivəsində baş tutmalıdır:
“Ölkəmiz Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:03 / 26.11.2021
Soçidə üçtərəfli görüşdə liderlər əsasən nəyə işarə vurdular? - DETALLAR
Hazırda oxunan: Soçidə üçtərəfli görüşdə liderlər əsasən nəyə işarə vurdular? - DETALLAR
Hazırda oxunan: Soçidə üçtərəfli görüşdə liderlər əsasən nəyə işarə vurdular? - DETALLAR
0:00
0:00
47852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.