Rusiya prezidenti Vladimir Putin cümə günü Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Qarabağdakı vəziyyəti nizamlamağın vaxtı çatıb” - VİDEO
"Azərbaycanlı və erməni dostlarımızla dialoq başa çatdıqdan sonra axşam saatlarında prezident Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirmək niyyətindədir", - Peskov qeyd edib.
Bizim.Media