Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Putin çıxışı zamanı Qarabağdakı vəziyyəti nizamlamağın vaxtının çatdığını deyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Soçidə İlham Əliyev ilə Putin arasında ikitərəfli görüş - VİDEO
“Rusiya sülhməramlıları regionda müsbət rol oynayır, lakin təəssüf ki, insidentlər davam edir. Biz bunun üçün toplaşmışıq ki, gələcəkdə yenə belə hallar baş verməsin, vəziyyəti sakitləşdirmək üçün şərait yaradılsın”, - deyə o bildirib.
Bizim.Media