Moskvanın Soçi görüşündən GÖZLƏNTİLƏRİ - TƏFƏRRÜAT

Moskvanın Soçi görüşündən GÖZLƏNTİLƏRİ - TƏFƏRRÜAT

Hazırda oxunan: Moskvanın Soçi görüşündən GÖZLƏNTİLƏRİ - TƏFƏRRÜAT

47819

Rusiya tərəfi gözləyir ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə günü TASS-a Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Rusiyada, Cənubi Qafqaz regionunda və bu iki ölkədə yaşayan bütün insanların gözləntiləri sülh və sabitliyin daha tez bərqərar olmasıdır.

Görüş bütövlükdə 10 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəli aparmaq olar? Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”. Rudenko “Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən Moskvanın gözləntiləri nədir?” sualını belə cavablandırıb. 

Diplomat əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var.

"Bura əsasən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası daxildir. Təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür", - nazir müavini izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO