Soçi şəhərində Azərbaycan və Ermənistan nə istəyəcək? – DETALLAR

Soçi şəhərində Azərbaycan və Ermənistan nə istəyəcək? – DETALLAR

Hazırda oxunan: Soçi şəhərində Azərbaycan və Ermənistan nə istəyəcək? – DETALLAR

0:00
0:00
47790

Xəbər verdiyimiz kimi, bu gün Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, Telegram kanalları Azərbaycan və Ermənistanın görüşdə nəyi tələb edəcəklərinin detallarını açıqlayıb.

Azərbaycan istəyir ki, Ermənistandan Bakının nəzarətinə keçən ərazilərdəki mina sahələrinin xəritəsini alsın, Ermənistan vasitəsilə Naxçıvana dəhliz açılsın, Ermənistanla Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalansın, sərhədin delimitasiyası və demarkasiyası həyata keçirilsin, regionda kommunikasiyalar açılsın.

Ermənistan istəyir ki, erməni əsirlər geri qaytarılsın, qoşunlar sərhəd ərazisindən çıxarılsın, delimitasiya və demarkasiyaya başlamaq üçün sərhəddən qoşunlar geri çəkilsin, Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar masasına qayıdılsın, Azərbaycan qoşunlarının nəzarətində olan Qarabağ ərazilərində erməni mədəni irsi qorunsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO