Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) eksperti Natalia Qolovko ilə görüş keçirilib.
Ombudsman Aparatından Bizim.Media-ya bildiriblər ki, görüşdə qonağa ombudsman Səbinə Əliyeva tərəfindən səlahiyyətləri çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.
Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə yaxın davam etmiş işğal dövründə torpaqlarımızda ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etdiyi və ekosid törətdiyi, bununla bağlı Azərbaycan ombudsmanının faktlar əsasında beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanat və müraciətlər beynəlxalq ekspertin diqqətinə çatdırılıb.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ölkə üzrə 3-cü “Ətraf mühitə dair fəaliyyətin icmal hesabatı”nın hazırlanması ilə əlaqədar məlumatların toplanması məqsədi daşıyan görüşdə beynəlxalq ekspertin ombudsmanın fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılıb.
Vətən müharibəsi və postmüharibə dövründə Ermənistanın törətdiyi ekoloji cinayətlərin ifşası, qarşısının alınması məqsədilə ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanat və müraciətlərin nüsxələri beynəlxalq ekspertə təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
06:19 / 25.11.2021
BMT ekspertinə ermənilərin vurduğu ziyanlardan danışıldı
Hazırda oxunan: BMT ekspertinə ermənilərin vurduğu ziyanlardan danışıldı
Hazırda oxunan: BMT ekspertinə ermənilərin vurduğu ziyanlardan danışıldı
47562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.