Elman Nəsirovdan beynəlxalq birliyə ÇAĞIRIŞ: “Ermənistanın mina terrorunu dayandırın, əks təqdirdə...”

Elman Nəsirovdan beynəlxalq birliyə ÇAĞIRIŞ: “Ermənistanın mina terrorunu dayandırın, əks təqdirdə...”

Hazırda oxunan: Elman Nəsirovdan beynəlxalq birliyə ÇAĞIRIŞ: “Ermənistanın mina terrorunu dayandırın, əks təqdirdə...”

47320

“Ermənistanla Azərbaycan arasında müharibə bitsə də, İrəvan iki istiqamətdə Bakıya qarşı savaşı davam etdirməkdədir:

1. Mina müharibəsi

2. İnformasiya savaşı

Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov belə deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı mina müharibəsi beynəlxalq terrorizmin əsas istiqamətlərindəndir.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB


Mina müharibəsinə niyə mina terrorizmi deyilir?

“Terrorizmi ifadə edən təriflərin əksəriyyətində belə bir yanaşma var ki, söhbət beynəlxalq terror əməlindən gedirsə, bu prosesdə eyni vaxtda 4 tərəf iştirak edir:

⦁  Təşkilatçı

⦁  İcraçı

⦁  Terror qurbanları

⦁  Sağ qalmış insanlar

Terrorun bütün digər cinayət növlərindən ən böyük fərqi ondadır ki, təşkilatçı və icraçının əsas hədəfi heç də onların qurbanları deyil. Birbaşa hədəf terrordan sonra sağ qalmış insanlardır. Yəni cinayəti elə dəhşətli şəkildə etmək lazımdır ki, həyatda qalanlar qorxsun, vahiməyə düşərək kəndləri, şəhərləri boşaltsınlar. Terror siyasi motivli bir cinayətdir”.

Elman Nəsirov əlavə edib ki, Azərbaycan Ermənistan tərəfindən hazırda da eyni yanaşmanı görür.

Belə ki, ermənilər mina terrorizmi ilə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Qarabağa qayıdışını əngəlləməyə çalışır:

“Sağ qalmış insanları diqqətdə saxlayıblar ki, onların Qarabağa qayıdışı baş tutmasın. Əsas niyyətləri budur. Bu da beynəlxalq terrorizmin əlamətidir. Təzyiq altında bəzi rayonların mina xəritələrini verib, amma həmin sənədlər də yarımçıq və qeyri-dəqiqdir. Dəqiqlik səviyyələri 25 faizdir. Yəni, verdiyi xəritələrin 75 %-i yanlışdır. Bu halda beynəlxalq birlik, ictimaiyyət, dövlətlər, təşkilatlar Ermənistana təzyiq vasitələrindən istifadə etməlidirlər”. 

Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edilməlidir. Yoxsa İrəvan bütün cinayətlərə görə başqa müstəvidə cavab verməli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO