Deputat xalqdan və spikerdən ÜZR İSTƏDİ – Bu sözlərinə görə

Deputat xalqdan və spikerdən ÜZR İSTƏDİ – Bu sözlərinə görə

Hazırda oxunan: Deputat xalqdan və spikerdən ÜZR İSTƏDİ – Bu sözlərinə görə

0:00
0:00
47267

“Mən Milli Məclisin sədrindən ötən dəfəki çıxışıma görə üzr istəyirəm. Xalqımızdan da üzr istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən iclasda Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hiss edirəm ki, xalqımızın gözündə kiçildik” – Deputat Tahir Kərimlinin ETİRAFI


O, həmçinin qeyd edib ki, sənədlərə baxanda sürücülərin maaşının kəsilmədiyini, hətta onların əlavə kurslara dövlət hesabına cəlb edildiyini görüb.

Deputat nəzərə çatdırıb ki, Milli Məclisdə ilk dəfə COVİD-19-a yoluxan şəxslərə 500 manat pul verilib:

“Eyni zamanda sənədlərə baxanda bir çox şəxsin vəzifələrinin artırıldığını da gördüm. Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım da düzgün deyildi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO