Bakıda dəhşətli avtobus qəzası baş verib. İdarəetmədən çıxan sərnişin dolu avtobus dərəyə yuvarlanıb.
Hadisə xətai rayonu, zığ şossesində baş verib. 175 saylı xətt üzrə hövsan istiqamətində hərəkət edən avtobus qəfil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı 14 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin azyaşlı olduğu bildirilir. hazırda onlara müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı araşdırmalar davam edir.