Türkiyənin Azərbaycandakı səfiri niyə geri çağrıldı? - ŞƏRH

Türkiyənin Azərbaycandakı səfiri niyə geri çağrıldı? - ŞƏRH

Hazırda oxunan: Türkiyənin Azərbaycandakı səfiri niyə geri çağrıldı? - ŞƏRH

4724

"Türkiyənin bu günə qədər bütün səfirləri Ankaradan gələn nazirlərin çamadanlarını daşıyan statusda çıxış ediblər”.

Bizim.Media “Qaynarinfo”ya istinadla xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Türkiyənin Azərbaycandakı səfirinin qəfildən geri çağrılmasını şərh edərkən bildirib:



Politoloq hesab edir ki, səfirin Türkiyəyə geri çağrılması hansısa gizli məqamlardan xəbər verir:

"Türkiyənin Azərbaycandakı səfirinin dəyişdirilməsi Ankaranın Azərbaycana yönəlik yeni siyasətin göstəricisi olaraq atılan addımdır. Ayrıca bir şeyi də diqqətdən qaçırmayın. Türkiyənin bu günə qədər bütün səfirləri Ankaradan gələn nazirlərin çamadanlarını daşıyan statusda çıxış ediblər.

Çox ürkək bir siyasət yürütməklə Türkiyənin Azərbaycandakı maraqlarını ifadə edə bilməyiblər. Yalnız Azərbaycan hakimiyyətindən verilən "kimlərlə iş görmək olmaz” tapşırığını icra ediblər.

Düşünürəm ki, səfirin dəyişdirilməsi həm Azərbaycanda, həm də bütövlükdə Cənubi Qafqazda Türkiyənin yeni baxışının və yeni siyasətinin göstəricisidir. Təcili qaydada və açığı, heç bir informasiya verilmədən səfirin geri çağrılması və yeni səfirin təqdimatı düşünürəm ki, bununla bağlı ola bilər.

Ayrıca keçmiş səfir haqqında Ərdoğan hakimiyyətinin özünün də özəl  kəşfiyyat informasiyaları ola bilər. Birmənalı ittiham etmək istəmirəm. Ola bilsin ki, FETÖ-çularla müəyyən mənada əlaqələri də olsun. Məlumdur ki, bu yöndə AKP hökuməti çox həssas davranır. Təcili qaydada səfirin Türkiyəyə geri çağrılması hansısa gizli məqamlardan xəbər verir”.

Türkiyə qanunlarına əsaslanan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov isə bunun normal hal olduğunu qeyd edib:



"Bu normal bir vəziyyətdir, beynəlxalq dəyişmədir. Türkiyə qanunların görə, səfirlər bir müddət işləyir, sonra bir müddət vətəndə çalışırlar, ondan sonra isə yeni təyinat alırlar. Bu baxımdan tamamilə normal məsələdir. Türkiyədə 51 səfir dəyişilib, Azərbaycan da onlardan biri”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər öncəsi səfir Ərkan Özoral geri çağrılıb. Onu bu postda Əhməd Dəmirok əvəzləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO