İrəvandan Bakı ermənilərinə nə ÇAĞIRIŞ edilib? – Politoloq DETALLARI açıqladı - VİDEO

İrəvandan Bakı ermənilərinə nə ÇAĞIRIŞ edilib? – Politoloq DETALLARI açıqladı - VİDEO

Hazırda oxunan: İrəvandan Bakı ermənilərinə nə ÇAĞIRIŞ edilib? – Politoloq DETALLARI açıqladı - VİDEO

47163

“Savaş Bakı və Gəncə küçələrinə keçməlidir” kimi fikirlər ermənilərin canlı yayımlarının birində səslənib.

Bizim.Media xəbər verir ki, erməni analitik Azərbaycan cəmiyyətində dərin partizan savaşlarına çağırış edib.

Bununla yanaşı, ermənilər proqramda Bakını “Bakurakert”, Gəncəni isə “Qandzak” adlandırıb. Analkitiklər erməni istibleşmentinin “mavi arzusu”nu dilə gətiriblər. Belə ki, onlar azərbaycanlı dinc əhalinin qətliamından bəs ediblər. 

Xatırladaq ki, “VoMA” terror təşkilatı da erməniləri savaşa, müharibəyə çağırmağa davam edir. Həmçinin sosial şəbəkə üzərindən də müxtəlif daşnak şəbəkələşmələr Azərbaycana qarşı erməni əsilli vətəndaşlarımızı da cəlb etməklə çaxnaşmalar yaratmağa çalışırlar. 

Ermənilərin təxribatçı çağırışları ilə əlaqədar millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndik. Elman Nəsirov erməni xəstəliyinin sağalmaz mərəz olduğunu bildirib.

Qeyd edib ki, son bəyanatlar onların terrorist mahiyyətini ortaya qoymaqla Azərbaycanın haqlı olduğunu sübut edir: 

“Onlar Azərbaycanda yaşayan ermənilərdən istifadə etmək, Bakı və Gəncədə terror aktları törətmək, partizan müharibəsinə başlamaq istəyirlər. Bunlar o qədər cəfəng fikirlərdir ki, heç tənqidə dözmür. Sadalananlar zəiflərin xislətidir. Onlar Azərbaycanla üzbəüz döyüşmək üçün çox aciz olduqlarını etiraf edirlər. Guya ki, Azərbaycanın daxilində iğtişaşlar yaradacaqlar. Əvvəla bilsinlər ki, Azərbaycan çoxmillətli dövlətdir. Prezident İlham Əliyev multikulturalizm siyasəti həyata keçirir. Müxtəlif din, mədəniyyət və etnosların daşıyıcıları burada bir ailə kimi yaşayırlar. Azərbaycanda yaşayan on minlərlə erməni də digər etnoslarla eyni hüquqlara malikdir.
 

Bizdə tam bir harmoniya hökm sürür. Azərbaycanda yaşayan bütün milli azlıqların hansı hüquqları varsa, ermənilər də o imtiyazlara sahibdirlər. Ona görə də, Azərbaycanda bu cür təxribatçı addımları atmaq üçün heç bir şərait yoxdur. Bu qeyri-mümkündür”.


Onu da qeyd edək ki, Azərbaycanda yaşayan minlərlə erməni I Qarabağ savaşından sonra da hər bir mümkün riski nəzərə alaraq, burada qalmağa üstünlük veriblər.

30 il ərzində onların İran və Gürcüstan vasitəsilə Ermənistana qayıtmaq şansları olub, ancaq bunu etməyiblər. Əlbəttə ki, səbəb erməni hökumətinin yarıtmazlığı, Azərbaycanda daha yüksək həyat səviyyəsinin olmasıdır.

Başlıca səbəb isə, pasportlarında milliyyətlərinin erməni yox, azərbaycanlı yazılmasıdır. Bu xoşbəxtlik isə hər millətə nəsib olmur.

Ermənilərin sərsəm fikirləri olan videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO