Rüstəm Muradovun Bakı-İrəvan uçuşlarının GİZLİN MƏQAMLARI – Hərbi ekspertlərin ŞƏRHİNDƏ

Rüstəm Muradovun Bakı-İrəvan uçuşlarının GİZLİN MƏQAMLARI – Hərbi ekspertlərin ŞƏRHİNDƏ

Hazırda oxunan: Rüstəm Muradovun Bakı-İrəvan uçuşlarının GİZLİN MƏQAMLARI – Hərbi ekspertlərin ŞƏRHİNDƏ

46902

Rusiya sülhməramlı kontingentinin Azərbaycan və Ermənistan sərhədində yerləşdirilməsindən artıq 1 il vaxt keçir. Bu zaman ərzində kontingentin rəhbərliyinə 3 nəfər təyinat alıb. İlk bu posta təyinat alan general-mayor Rüstəm Muradov olub.

O, 10 ay müddətinə sülhməramlı kontingentinə rəhbərlik edib. 

Muradovdan sonra qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Lakin o, yerinə yetirəcəyi missiyaya  yetərli olmadığı üçün bu vəzifədə ancaq 10 gün otura bilib. Hazırda isə bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.

Maraqlıdır ki, 10 ay müddətinə sülhməramlı qüvvələrə rəhbərlik edən Rüstəm Muradovu özündən sonra iki nəfər əvəz etməsinə baxmayaraq, o, iki dövlət arasındakı danışıqlarda, əsirlər və meyitlərin mübadiləsi zamanı fəal iştirak edir. Danışıqlarda əsas sima kimi öz missiyasını yerinə yetirir.
 

MÖVZU İLƏ BAĞLI:

Muradov İrəvandadır - Ermənilər əsirlərin qaytarılmasını xahiş etdi


Bəs, buna səbəb nədir? Anaşkinin həll edəcəyi işlərdə niyə Muradov iştirak edir?

Hərbi ekspert Şair Ramaldanov Bizim.Media-ya özəl açıqlamasında qeyd edib ki, Rüstəm Muradovun bu məsələlərdə daha böyük təcrübəyə malik olması rol oynayır. 




“Sülhməramlı qüvvələrin komandanlığı ilə bağlı onun böyük bir təcrübəsi var. Hər halda əgər Rüstəmov qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməsə idi, həm Azərbaycan, həm də Ermənistan onu qəbul etməzdi və o bu missiyadan kənarda qalardı. Fikrimcə, Rusiya tərəfi də onun əvvəlki nəticələrinə baxaraq, ona bu işləri həvalə ediblər”. 

Ekspertin fikrincə, R.Muradov danışıqlarda hər iki tərəfin etimadın qazandığı üçün öz misiyasını davam edir.

“Digər tərəfdən düşünürəm ki, o, müəyyən şəkildə göndərilən tərəflərlə də razılaşdırılıb. Hər halda Muradovun bu məsələlərdə iştirakının Azərbaycan tərəfinin etirazı yoxdursa, deməli o, tapşırığı yerinə yetirə bilir. Unutmaq lazım deyil ki, Muradov bu məsələlərdə sadəcə, icraçıdır”.
 

Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, general Muradovun tez-tez Bakı və İrəvana uçuşlar etməsi, danışıqlarda və sülhməramlıların funksiyasını yerinə yetirmə proseslərinin müzakirələrində iştirak etməsi, Azərbaycan tərəfinin də onu daha uyğun bir şəxs kimi qəbul etməsi ilə əlaqədardır. 





“Lakin Azərbaycan ictimaiyyətinin hələ də Rüstəm Muradovdan gözləntiləri böyükdür. Biz onun keçən bir il ərzində Qarabağa daxil olmasına baxmayaraq, oradakı erməni hərçilərinin, erməni silahlılarının çıxarılması barədə razılaşdırılan məsələləri  hələ də həyata keçirmədiyini də müşahidə edirik”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO