Ermənistanın yeni müdafiə naziri Moskvadan hansı tapşırıqları alıb? - DETALLAR

Ermənistanın yeni müdafiə naziri Moskvadan hansı tapşırıqları alıb? - DETALLAR

Hazırda oxunan: Ermənistanın yeni müdafiə naziri Moskvadan hansı tapşırıqları alıb? - DETALLAR

46889

Son zamanlar Ruziya XİN sözcüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinin bir daha ciddi-ciddi xatırlatması, Rusiya hökümətinin birgə bəyannamədə göstərilən şərtlərin tezliklə yerinə yetirilməsində mövqeyini ortaya qoyur.

Hazırda Azərbaycan üçün ən vacib şərt ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və sülh müqviləsinin imzalanmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Mariya Zaxarova: "Sərhədlərin demarkasiyası və delimitasiyası tezliklə başlamalıdır"


Lakin Ermənistan bu proseslərin gedişatını bacardığı qədər yubatmaq, regionda yeni təxribatlar törətməklə digər xarici qüvvələri baş verən proseslərə daxil etməklə məşğuldur. Ekspertlərin fikrincə, məsələdə maraqlı olan Rusiya bu şərtlərin əməl etməsi üçün Ermənistana qarşı təzyiq və təsir mexanizmini daha da gücləndirməlidir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Rusiya rəsmlərinin dilindən dəfələrlə  birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyi vurğulanıb.

Onun sözlərinə görə, Rusiya bu məsələlərdə Azərbaycanla eyni mövqedədir.
 

“Ayrıca olaraq, RF prezidenti Vladimir Putin açıq mətnlə də bildirib ki, bəyanatın şərtlərinə əməl etməmək intihara bərabərdir. Bu Ermənistana ünvanlanmış olan bir çağırış idi. Çünki Vladimir Putin bilir ki, Azərbaycan etibarlı tərəfdaşdır və o öz imzasına hörmət və həssaslıqla yanaşır”.


Siyasi analitik qeyd edib ki, Azərbaycan praktiki addımları ilə birgə bəyanatın bütün şərtlərinə əməl etdiyini hər zaman nümayiş etdirir.

“Birgə bəyanatın şərtlərinin həyata keçirilməsində Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə nəqliyyat komunikasiya sistemlərini qurmaqda, Zəngəzur dəhlizini reallaşdırmaq istiqamətində özünün aydın mövqeyini ifadə etməkdədir. Bu dəhlizin ilkin komponentlərin yaradılması istiqamətində atılan addımlardır.

Buna görə də Rusiya tezliklə növbəti addımların atılmasını da vacib bilir. Bu yekun sülh sazişinin imzalanması prosesidir. Bunun üçün ən vacib şərt Azərbaycan və Ermənistan arasında olan sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu məsələlər bir-birini tamamlayan və şərtləndirməlidir. Düşünürəm ki, Rusiya sərhəddə olan bu proseslərin tezləşdirilməsi üçün Ermənistana müəyyən təziqlər edəcək”.

Deputat həmçinin bildirib ki, Rusiya Ermənistanın hədəflədiyi məqamlarla da bağlı aydın təsəvvürə malikdir. Onun sözlərinə görə, bəyanatın tezliklə həyata keçirilməsində maraqlı olan Rusiya, Ermənistanın danışıqlara ATƏT-in Minsk qrupunun cəlb etmə cəhdlərini də çox gözəl bilir.

“Bu da təbii ki, Ermənistana Qərbdən gələn təlimatlar əsasındadir. Ermənistan dolayısı ilə Cənubi Qafqaz regionunda Rusiyanın güclənməkdə olan mövqelərinə qarşı çıxır.
 

Çünki Rusiyanın münaqişədə oynadığı ciddi rolu ABŞ və Fransada qıcıq yaradır. Bu da Paşinyanın davranışlarında özünü biruzə verir. Bütün bu amilləri nəzərə alaraq Rusiya Paşinyana ciddi təzyiqlər göstərəcəkdir ki, proseslər tezliklə öz həllini tapsın.


Artıq Paşinyan proselərlə bağlı müdafiə naziri Suren Papikyana Rusiya Müdafiə Nazirliyi ilə daima işbirliyində olması haqqında tapşırıqlar verib. Bu da onu göstərir ki, Paşinyan artıq Rusiyanın regionda güclü iradəyə malik olmasını boynuna alır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO