Ali Məhkəmə 3 NİDA-çıya və 1 REAL üzvünə bəraət verdi

Ali Məhkəmə 3 NİDA-çıya və 1 REAL üzvünə bəraət verdi

Hazırda oxunan: Ali Məhkəmə 3 NİDA-çıya və 1 REAL üzvünə bəraət verdi

46802

Noyabrın 19-da Azərbaycan Respublikasının Ali Məhkəməsi 4 nəfərə - keçmiş NİDA-çılar Rəşadət Axundova, Rəşad Həsənova, Üzeyir Məmmədliyə və REAL Siyasi Komitəsinin üzvü Zaur Qurbanlıya tam bəraət verib.

Bizim.Media xəbər verir ki, bu barədə REAL partiyasının üzvü Natiq Cəfərli özünün “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunmuşdu. Həmin vaxt onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.  Bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO