Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də TÜRKPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, qonağa yeni vəzifədə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sahibə Qafarova qurumda qəbul olunmuş qərarların bütün türk dünyası üçün əhəmiyyətini qeyd edərək, təşkilatın qarşısında duran hədəflərə çatmaq üçün görüləcək işlər barədə fikirlərini bölüşüb, Azərbaycanın TÜRKPA-ya sədrliyi dönəmində həyata keçirilmiş tədbirlərdən danışıb, bu təşkilatın türk birliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Spiker diqqətə çatdırıb ki, ölkə ictimaiyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətlərinin birlik tərəfindən yüksək qiymətləndirilməsi, həm də Azərbaycana verilən böyük dəyər kimi qəbul edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:35 / 19.11.2021
Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşdü
Hazırda oxunan: Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşdü
Hazırda oxunan: Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşdü
46789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.