Putindən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

Putindən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Putindən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

46651

“Ermənistan və Azərbaycan arasında vəziyyətin həllində Rusiya diplomatiyasının rolu artır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edən Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya üçün postsovet məkanında mehriban qonşuluq və tərəfdaşlıq mühiti vacibdir:

“Qarabağ bölgəsində baş verən son atışmalar göstərdi ki, orada sülhməramlılara ehtiyac var”. 

Rusiya lideri çıxışında digər mövzulara da toxunub:

“Müasir təhlükələr və risklər nəzərə alınmaqla KTMT-dəki müttəfiqlərlə işləməyə xüsusi diqqət yetirilməlidir. KTMT və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyətin daim gücləndirilməsi vacibdir.

Ukraynadakı böhran həll olunmaqdan uzaqdır. Kiyev Minsk razılaşmalarını yerinə yetirmir, Almaniya və Fransa öz kursunu davam etdirir. Amma Normandiya formatı çərçivəsində səylər davam etdirilməlidir, alternativ yoxdur.

Avropa miqrasiya böhranından Minskə təzyiq göstərmək üçün istifadə edir. Belarus daxilində vəziyyət sakitləşsə də, problemlər hələ də qalmaqdadır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO