Erməni kilsələrinin dindən xəbəri yoxdu. Onlar siyasi fitnə mərkəzidir. II Qarabağ Savaşını dünyaya xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışdılar.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı-alim Hacı Şahin söyləyib.
O, Paşinyanı istefaya səsləyən erməni dini liderlərin, Ermənistandakı kilsələrin insanları sülhə yox, təcavüzə çağırdığını da qeyd edib. Hacı Şahinin sözlərinə görə, Ermənistanda kilsə siyasətə xidmət edir:
“Din insanları sülhə çağırır. Təcavüzkarlığa qarşı sərt mövqe sərgiləməlidir. Amma biz Qarabağ savaşı ərzində fərqli mənzərənin şahidi olduq. Erməni keşişləri, din xadimləri əksinə, təcavüzə dəvət edirdilər. Ordunu bu təcavüzə təşviq etmək üçün özləri də silaha sarılırdı. Silaha sarılmış formada fotoşəkillər də yayılmışdı. Yəni erməni kilsəsi faktiki olaraq, xristian dininə bağlı olmadığını növbəti dəfə ortaya qoyur, onlar sadəcə fitnə yuvasıdır”.
Hacı Şahinin sözlərinə görə, xristianlıqda din xadimi silaha sarılıb, vuruşa bilməz, xüsusi ilə də təcavüzkar bir orduya dəstək verə bilməz:
“Bütün bunlar onu sübut edir ki, erməni kilsəsi dinə xidmət eləmir. Erməni kilsəsi tarix boyu təcavüzkar siyasətə bəraət qaqzandırmaq istiqamətində addımlar atıb. Bu gün də bu addımları davam etdirir. Onlar çox çalışırlar ki, bu savaşı dini bir müharibə kimi dünyaya təqdim eləsinlər. Xristian-müsəlman qarşıdurması kimi göstərsinlər. Bununla da onlar xristian həmrəyliyinə nail olmaq istəyir. Təbii ki, bunlar alınmadı”.
Çünki Azərbaycan heç bir dinə qarşı dözümsüz münasibət sərgiləməyib. İlahiyyatçı alimin də dediyi kimi, Azərbaycanda xristianlar, yəhudilər, müsəlman və digər dinin üzvləri istədikləri kimi azad sitayiş hüququna malikdirlər. Ölkəmizdə dini, milli, irqi ayrı-seçkilik yoxdur.
“Azərbaycanda erməni kilsəsi bu gün də dövlət tərəfindən qorunur. Paytaxtın mərkəzində yerləşən kilsədə erməni dilində müxtəlif kitablar belə saxlanılıb. Yəni burada fərq göz qabağındadır”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:00 / 08.12.2020
Hacı Şahin: Erməni kilsələri fitnə yuvasıdır
Hazırda oxunan: Hacı Şahin: Erməni kilsələri fitnə yuvasıdır
Hazırda oxunan: Hacı Şahin: Erməni kilsələri fitnə yuvasıdır
4651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.