Mariya Zaxarova: \

Mariya Zaxarova: \"Sərhədlərin demarkasiyası və delimitasiyası tezliklə başlamalıdır\"

Hazırda oxunan: Mariya Zaxarova: \"Sərhədlərin demarkasiyası və delimitasiyası tezliklə başlamalıdır\"

0:00
0:00
46488

"Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni əsgərlər Laçında belə mühasirəyə alındı - ANBAAN VİDEO


M.Zaxarova Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı tərəfləri təmkinli olmağa səsləyib:

"Rusiya vasitəçilik səylərini davam etdirir. Biz vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdayıq".
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) çərçivəsində Rusiyanın götürdüyü öhdəliklərlə bağlı suala cavabındıran M.Zaxarova vurğulayıb ki, ölkəsi ikitərəfli və çoxtərəfli öhdəliklərinə ciddi yanaşır: 


“İkitərəfli xətlə müvafiq məsləhətləşmələr aparılır. O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə, bizdə olan məlumata görə, KTMT-də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət diqqətlə izlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO