Bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla azərbaycanlı həmkarı Zakir Həsənov arasında telefon danışığı olub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan hökuməti Rusiyadan üz döndərdi: “Kömək etməsə, NATO-ya üz tutacağıq”
General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
Bizim.Media