Eçmədzində hərbi hissənin girişi bağlanıb – ETİRAZ

Eçmədzində hərbi hissənin girişi bağlanıb ETİRAZ

Hazırda oxunan: Eçmədzində hərbi hissənin girişi bağlanıb ETİRAZ

4612

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvanda Paşinyan əleyhinə mitinqlərə paralel Eçmədzində də etiraz aksiyaları yaşanmaqdadır. Belə ki, uşaqlarını hərbi xidmətə yollayan valideynlər günlərdir ki, övladlarından xəbər ala bilmirlər.

Etirazçılar Azərbaycanın Zəngilan rayonunda xidmətdə olan 60 nəfərlik bölüyün itkin düşmüş 34 əsgəri haqda məlumat əldə etmək istəyirlər. 

Əlbəttə ki, Ermənistan hökuməti işğalçı siyasətlərinin süquta uğraması, döyüşlərdəki biabırçı məğluibiyyətlərinin ağır nəticələrini gizlədir. Bu səbəbdən də evləri uşaqsız qalan ermənilər Eçmədzindəki hərbi hissənin qarşısına toplaşaraq, etiraz aksiyası keçirtməkdədir. 

Elə Ermənistanın əsgər analarından birinin dediyi kimi, ”bizə məlumat verilmir, gözləyin deyirlər. Biz gözləyə bilmirik. Bütün instansiyalara müraciət etsək də, heç birindən uşaqlarımız haqqında informasiya əldə edə bilmirik”

Qeyd edək ki, ermənilər geri qayıtmayan əsgərlərinin çoxunun əsir düşdüyünü iddia etsə də, İrəvan sakinlərinin böyük qismi real itkilərin ictimaiyyətə açıqlanmadığının fərqindədirlər.

Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO