Qarabağda əsgərlərimizə ATILAN QUMBARA…

Qarabağda əsgərlərimizə ATILAN QUMBARA… "Sülhməramlılar erməni separatizmini müdafiə edir” – ŞƏRH

Hazırda oxunan: Qarabağda əsgərlərimizə ATILAN QUMBARA… "Sülhməramlılar erməni separatizmini müdafiə edir” – ŞƏRH

45832

“Sülhməramlıların məsuliyyət zonasında yerləşən qanunsuz erməni silahlılarının təxribata əl atması missiyanın fəaliyyətinin əndazadən çıxdığını göstərir”.

Politoloq Məhəmməd Əsədullazadə ötən gün erməni terroristi tərəfindən törədilən təxribat hadisəsini Bizim.Media-ya şərh edərkən belə deyib. 

Politoloq bildirib ki, görünən odur ki,  sülhməramlılar erməni separatizmini müdafiə edir. Halbuki 10 noyabr birgə bəyanatın 4-cü bəndinə uyğun olaraq qanunsuz erməni silahlı birləşmələri ləğv edilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada hərbçilərimizə qumbara atan terrorçu belə saxlanıldı - VİDEO


"Amma göründüyü kimi vəziyyət daha da gərginləşir. Separatçılar yeni silahlı qruplar yaradır və terror, təxribatlara hazırlaşanlara oxşayırlar. Şuşada hərbçilərimizə qumbara atılması da buna təsdiqdir. Təbii ki, Azərbaycan  belə təxribatların qarşısını alır və Laçın koridorunu da bağlaması bu istiqamətdədir. Azərbaycan konkret hərəkətə keçməlidir və erməni silahlı birləşmələrinə qarşı adekvat addımlar atılmalıdır".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Bakı sülhməramlılara da etirazını bildirməlidir. Çünki sülhməramlı kontingent qanunsuzluqlara şərait yaradıb. Moskvadan da izahat tələb olunmalıdır. Çünki qanunsuz erməni silahlıları arxayınlaşıblar. Buna görə də Azərbaycan konkret addımlar atacaq:

"Bundan sonra erməni silahlı birləşmələrinə orada rahatlıq yoxdur. Qarşıdakı günlərdə Azərbaycanın qətiyyətli addımlarının şahidi olacağıq".

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının VIII Zirvə Toplantısında da ermənilərə bu barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO