İlham Əliyev sərt xəbərdarlıq etdi:

İlham Əliyev sərt xəbərdarlıq etdi: "Ermənistan daha pis duruma düşə bilər"

Hazırda oxunan: İlham Əliyev sərt xəbərdarlıq etdi: "Ermənistan daha pis duruma düşə bilər"

45772

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı münaqişənin sona çatdığını, Azərbaycanın böyük bərpa işləri ilə məşğul olduğunu deyib:

"O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur dəhlizi türk dünyası ölkələrinin Avropa ilə əlaqəsini yaradacaq” – İlham Əliyev


Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq.

Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir", - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO