“İlham Əliyevlə Putinin dostluq münasibətlərini heç kim korlaya bilməz” - İqor Korotçenko

“İlham Əliyevlə Putinin dostluq münasibətlərini heç kim korlaya bilməz” - İqor Korotçenko

Hazırda oxunan: “İlham Əliyevlə Putinin dostluq münasibətlərini heç kim korlaya bilməz” - İqor Korotçenko

45715

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan şəxsi təmaslar milli maraqların inkişafına yönəlib və heç kim bu münasibətləri korlaya bilməz.

Bizim.Media xəbər verir ki, bu sözləri cümə günü Rusiyanın nüfuzlu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rusiyalı ekspertlərin, deputatların gənclərlə görüşü zamanı deyib. 

Korotçenko vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri öz ölkələrinin və xalqlarının mənafeyi naminə qurulub.

"Ölkələrimiz təkcə müttəfiq deyil, bizim həm də ümumi cəhətlərimiz var. Azərbaycan və Rusiya özünü təmin edən ölkələrdir. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO