ATƏT-in Minsk Qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatlarından Endrü Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Rokfeyl noyabrın 11-də yeni bəyanat yayıblar.
Bizim.Media ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda həmsədrlərin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Parisdə keçirilən görüşlə bağlı önəmli nüanslar öz əksini tapıb.
Bəyanatın tam mətnini sizə təqdim edirik:
“Həmsədrlər noyabrın 10-da Parisdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşüblər. Həmsədrlər Fransanın xarici işlər naziri Jan-İv Lö Drian iştirakı ilə açıq elan edilən birgə iclasda hər iki xarici işlər nazirini qəbul ediblər.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər və xarici işlər nazirləri bir sıra mümkün deskalasiya tədbirləri və prosesin gələcək seyri, o cümlədən bu formatda gələcək görüşlər və həmsədrlərin regiona təklif etdiyi səfərlə bağlı Nyu-Yorkda başlayan müzakirələri davam etdiriblər. Həmsədrlər və nazirlər noyabrın 9-da üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icra vəziyyətini də müzakirə ediblər.
Həmsədrlər humanitar məsələlərdə, o cümlədən, məhbuslar, minalardan təmizləmə, itkin düşmüş şəxslər, məcburi köçkünlərin könüllü qayıtması, tarixi və mədəni obyektlərin mühafizəsi daxil olmaqla, irəliləyişin əldə edilməsinin vacibliyini bir daha vurğulayaraq tərəfləri beynəlxalq humanitar təşkilatları sözügedən obyekt və ərazilərə məhdudiyyətsiz girişi təmin etməyə çağırıblar.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov erməni həmkarı ilə nəyi müzakirə edib? – Parisdə həlledici GÖRÜŞ
Həmçinin qızışdırıcı ritorika və təxribat xarakterli hərəkətlərdən çəkinməyin vacibliyini də vurğulayıblar.
Həmsədrlər noyabrın 10-da və 11-də Fransa Xarici İşlər Nazirliyinin və Yeliseyin nümayəndələri ilə görüşərək, tərəflərə ATƏT mantadına uyğun olaraq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarının tapılmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər”.
Bizim.Media