Tomas de Vaal: “2025-ci ildə Qarabağda stabillik pozula bilər”

Tomas de Vaal: “2025-ci ildə Qarabağda stabillik pozula bilər”

Hazırda oxunan: Tomas de Vaal: “2025-ci ildə Qarabağda stabillik pozula bilər”

45420

“Ermənistanla Azərbaycan arasında sülhün bir il ərzində imzalanmasını ehtimal etmək sadəlövhlük olardı”.

Bizim.Media xəbər verir ki, bu fikirlər britaniyalı jurnalist Tomas de Vaala aiddir. 

“Qara bağ”ın müəllifi, və Qafqaz üzrə ekspert Tomas de Vaal Rusiyanın “Kommersant” nəşrinə geniş müsahibə verib.

Qafqaz üzrə ekspertin sözlərinə görə, hazırkı razılaşmalara ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə illər öncə qan tökmədən də nail olmaq mümkün idi:

“Əgər 2016-cı ildə Sergey Lavrov və Con Kerri Vyanda Ermənistan və Azərbaycan liderlərinə sülh təzyiqlərini artırsaydı, bəlkə də İrəvanla Bakı hansısa güzəştlərə müsbət cavab verərdi”. 

O ki qaldı indiki vəziyyətə və sülhməramlıların taleyinə:

“Onların mandatının müddəti 2025-ci ildə tamamlanır. Daha beş il uzadıla bilər. Amma Azərbaycanın “veto” hüququ var. Qarabağ erməniləri faktiki statusları ilə qalmağa çalışacaq, Azərbaycan isə ermənilərə və sülhməramlılara maksimum təzyiq göstərəcək. Düşünmürəm ki, yeni konflikt başlayacaq. Lakin bu işlə ciddi məşğul olunmasa, 2025-ci ildə stabilliyin pozulmasını proqnozlaşdırıram”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO