ABŞ MƏTBUATI: “Nə qədər imkan varsa, Ermənistandan qaçmaq lazımdır”

ABŞ MƏTBUATI: “Nə qədər imkan varsa, Ermənistandan qaçmaq lazımdır”

Hazırda oxunan: ABŞ MƏTBUATI: “Nə qədər imkan varsa, Ermənistandan qaçmaq lazımdır”

45377

Ermənistanda miqrasiya sürətlə artır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mətbu orqanı olan “eurasianet.org” nəşrinin araşdırma yazısında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


Məqalədə qeyd olunur ki, buna əsas səbəb ölkədə ağır iqtisadi vəziyyət və keçən il başlayan hərbi əməliyyatlardır. 

Məlumata görə, müharibədəki məğlubiyyət erməniləri ölkəni daha çox tərk etməyə vadar edir. İmiqrasiya haqqında dəqiq məlumat olmadığı üçün ölkəni tərk edən insanların sayı məlum deyil.  Əgər 2018-2020 - ci ildə Ermənistana gələn ermənilər çoxluq təşkil edirdilərsə, 2021-ci ildə rəqəmlər tamam dəyişilib. Belə ki, ölkəni tərk edən ermənilərin sayı, ora qayıdanlardan 103 min dəfə artıqdır. Təkcə 2021-ci ilin birinci rübündə ölkədən 64.000 nəfər köçüb.

Nəşrin müxbiri “Zvartnots” hava limanında ölkəni tərk etməyə hazırlaşan 30  yaşlı Narina ilə həmsöhbət olub. Ararat əyalətinin Masis kəndində yaşayan qadın bildirib ki, həyat yoldaşı Rusiyanın müxtəlif şəhərlərində əmək miqrantı kimi çalışır. Narina deyib ki, hazırda ərinin Ermənistana qayıtmaq fikri yoxdur.

Bu səbəbdən də qadın iki azyaşlı uşağı ilə onun yanına köçür:
 

“Həyat yoldaşım mənə dedi ki, nə qədər imkan varsa, Ermənistanı tərk etməliyik, çünki bu ölkədə övladlarımız üçün heç bir gələcək görmürəm”.


2020-ci ildə Ermənistanın iqtisadiyyatı 7,6 % azalıb. Ekspertlər bildirirlər ki, Ermənistanda mühacirətin əsas səbəbi ağır iqtisadi vəziyyət olaraq qalır, lakin müharibədən sonrakı digər problemlər və təhlükəsizlik də bu durumda rol oynayır. İqtisadçı Qrant Mikaelanın da fikrincə, bu səbəb insanları ölkəni tərk etməyə vadar edir. 

Ermənistandakı miqrasiyanın statistikasına nəzər salsaq, görərik ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə aşağı doğum və yüksək miqrasiya nəticəsində əhalinin sayı təxminən 600 min nəfər (15 %) azalıb. 

Ermənistanın Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan düşünür ki, Ermənistanda demoqrafik vəziyyət çoxdan narahatlıq doğurur. 
 

“Ölkədə iqtisadi artan zamanlarda, mühacirət statistikası aşağı idi. 2004-2006, 2018-2020-ci illər miqrasiya çox az idi”, - deyə, o, “eurasianet.org”ə bildirib. 


O, həmçinin qeyd edib ki, əsas mənzərə ilin sonunda Rusiyada olan əmək miqrantların tətil üçün Ermənistana qayıdacağı zaman bilinəcək. Ancaq onun fikrincə, daha çox erməni orada qalmağa qərar verəcək. 

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatında isə qeyd olunur ki,  bu ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son dörd ilin ən yüksək göstəricisidir.

Bəzi mənbələrin bildirdiyinə görə isə ailələr övladlarının orduya çağırılacağından, uşaqlarının həyatını təhlükəyə atmaqdan qorxduqları üçün Ermənistanı tərk etməyə məcbur qalırlar. Bunu hava limanında Rusiyaya səfər etməyə hazırlaşan Vaqe Qriqoryan da nəşrin müxbiri ilə söhbət edərkən təsdiqləyib. Respondent bildirib ki, iki ilə yaxındır Rusiyada əmək miqrasiyası ilə məşğuldur, lakin bu dəfə o, ölkəni birdəfəlik tərk etməyə qərar verib.

“Əlbəttə ki, burada başlıca səbəb müharibə oldu. Bu vəziyyət insanların mühacirət qərarına böyük təkan verib”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO