Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub.
Bizim.Media xəbər verir ki, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Qeyd edək ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:57 / 09.11.2021
Düşmən Kəlbəcər istiqamətində təxribat törətdi - Cavab tədbirləri görüldü
Hazırda oxunan: Düşmən Kəlbəcər istiqamətində təxribat törətdi - Cavab tədbirləri görüldü
Hazırda oxunan: Düşmən Kəlbəcər istiqamətində təxribat törətdi - Cavab tədbirləri görüldü
45313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.