“Zəfərə görə İran türkləri başını uca tutaraq deyir ki, mən azərbaycanlıyam” – VİDEO

“Zəfərə görə İran türkləri başını uca tutaraq deyir ki, mən azərbaycanlıyam” – VİDEO

Hazırda oxunan: “Zəfərə görə İran türkləri başını uca tutaraq deyir ki, mən azərbaycanlıyam” – VİDEO

45250

“İranda bizi türk kimi qəbul edirlər” deyən Corc Meyson universitetində sosiologiya üzrə doktorant Sevil Süleymani canlı yayımda “azəri” məsələsinə də aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, cənubi azərbaycanlı xanım sosioloq İrandakı “azəri” terminin Azərbaycanda istifadə olunan “azəri”dən fərqləndiyini diqqətə çatdırıb:

“Bizə qarşı orada azərini “siz farslardan dönməsiniz” kimi işlədirlər. Ona görə də bunun qarşılığında cənubi azərbaycanlıların türk kimliyi daha güclü gəlir. Amma Azərbaycan bir vətəndaş üçün yenə də qürur qaynağıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlər – SİYAHI + VİDEO


Sevil Süleymaninin fikrincə, Azərbaycanın II Qarabağ müharibəsində qələbə qazanması İrandakı türkçülük və azərbaycançılıq hisslərini daha da coşdurub:

“Bu isə kimlik məsələsini yenidən insanlara qaytarır. İndi artıq uduzmuş bir xalqın nümayəndəsi deyillər və azərbaycanlı olduqlarını deməyə utanmırlar. İranda yaşayan azərbaycanlı məğlub olmuş ölkəyə mənsub deyil. Çox rahat, başını uca tutaraq deyir ki, azərbaycanlıyam”.  

Videonu təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO