Fransa səfiri: “İndi nifrətə son qoymağın vaxtıdır”

Fransa səfiri: “İndi nifrətə son qoymağın vaxtıdır”

Hazırda oxunan: Fransa səfiri: “İndi nifrətə son qoymağın vaxtıdır”

4517

2020-ci ilin iyulunda və payızda Azərbaycan və Ermənistan iki açıq qarşıdurma baş verdi. Bu hər iki dövlət üçün taleyüklü hadisə idi.

Bizim.media xəbər verir ki, bu haqda Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Tvitter” hesabında paylaşım edib.

Səfir qeyd edib ki, Azərbaycan Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini özünə qaytardı. Hər iki tərəfdən çox sayda insan itkisi olan döyüşlərin sonunda bagğlanan müqavilə ilə Rusiya hərbi qüvvələri Dağlıq Qarabağda yerləşdirildi.

Onun sözlərinə görə, hər iki tərəfdən olan qaçqın və məcburi köçkünlər bölgəyə qayıtmasından sonra bir çox suallar, çətinliklər və imkanlar yaranacaq.

"Fransa beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyü daxil olmaqla bölgə ölkələrinin, öz müqəddəratını təyinetmə və bərabər hüquqlara dəstək verməyə davam edəcəkdir. İndi sülhə hazırlaşmağın, nifrətə son qoymağın və bölgədəki inamı, əmin-amanlığı, sabitliyi təşviq etməyin vaxtıdır", - deyə səfir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO