İran XİN və ölkəmizdəki səfirliyindən Bakıya TƏBRİK - İbrahim Rəisi niyə susur?

İran XİN və ölkəmizdəki səfirliyindən Bakıya TƏBRİK - İbrahim Rəisi niyə susur?

Hazırda oxunan: İran XİN və ölkəmizdəki səfirliyindən Bakıya TƏBRİK - İbrahim Rəisi niyə susur?

45159

İranın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını təbrik edib.

Bizim.Media xəbər verir ki, səfirliyin Tvitter səhifəsində yerləşdirilən mətndə belə deyilir:

“İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran və Azərbaycan müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Güney Azərbaycan fəalları: “İran hökuməti işğal dövründə Ermənistanı dəstəklədi”


Bu arada İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə də keçirdiyi mətbuat konfransında 2-ci Qarabağ savaşındakı qələbənin birinci ildönümü münasibətilə ölkəmizə təbrik ünvanlayıb.  

S.Xətibzadənin sözlərinə görə, İran ötən 30 ildə həmişə Azərbaycanın ərazisinin işğalına qarşı olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Ötən il də İran Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi. İki ölkə rəhbərlərinin iradəsi münasibətlərin inkişaf etdirilməsidir. Ümid edirik ki, münasibətlərimiz daha da inkişaf edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO