Lukaşenkodan Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyevə ZƏNG

Lukaşenkodan Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyevə ZƏNG

Hazırda oxunan: Lukaşenkodan Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyevə ZƏNG

45150

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BELTA agentliyi yayıb.

Mənbə yazır ki, dövlət başçıları ikitərəfli əməkdaşlığın strateji xarakterini təsdiqləyərək iki prezident arasında aprel ayında Bakıda keçirilmiş danışıqlarda əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko Azərbaycanın yeni səfirinə nə dedi? – VİDEO


Belarus şirkətlərinin Azərbaycanda genişmiqyaslı qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində iştirak perspektivləri də müzakirə edilib.

Aleksandr Lukaşenko bir il əvvəl Azərbaycan və Ermənistan arasında uzunmüddətli qarşıdurmanın başa çatmasını alqışlayıb.

O, xüsusilə hər iki ölkə üçün faydalı olan dinc quruculuq prosesinin başlanmasının vacibliyinə diqqət çəkib. 
 

Belarus lideri vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi qarşılıqlı fəaliyyətin bərpası regionda davamlı sülhün əsasına çevrilməli və orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.


Belarus Prezidenti, həmçinin uzun müddətdir davam edən Qarabağ münaqişəsi zamanı dünyasını dəyişən bütün insanların ailələrinə və yaxınlarına başsağlığı verib və bir il əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilən bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO