XİN-dən Naxçıvanı Zəngilanla birləşdirəcək quru yolla bağlı AÇIQLAMA

XİN-dən Naxçıvanı Zəngilanla birləşdirəcək quru yolla bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən Naxçıvanı Zəngilanla birləşdirəcək quru yolla bağlı AÇIQLAMA

44993

"Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Üçtərəfli bəyanatda diqqət çəkən ən önəmli məsələlər hansılardır? – Nazirdən AÇIQLAMA


Nazir qeyd edib ki, bəyanatın önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir.

"Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir", - nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO