2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin noyabrın 7-nə aid olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
- Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti mühasirəyə alınaraq məhv edilib.
- Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub.
- Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.
- Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti videogörüntüsü yayılıb.
- Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.
Bizim.Media
![Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? - XRONİKA Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? - XRONİKA](https://bizim.media/file/articles/2021/11/07/1636258914_1636143884_azerbaijan_soldier_050521.jpg)
- A-
- A
- A+
Siyasət
08:44 / 07.11.2021
Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? - XRONİKA
Hazırda oxunan: Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? - XRONİKA
Hazırda oxunan: Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? - XRONİKA
44966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12