TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Prezident İlham Əliyevi təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, Baş Katib Prezidenti və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və öz adından təbrik edib.
“Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
MÖVZU İLƏ BAĞLI:
"TÜRKSOY Azərbaycanla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir"
Əminəm ki, qardaş Azərbaycanın gələcək inkişafında bu Qələbənin böyük töhfələri olacaq, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə Sizin rəhbərliyinizlə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaqdır.
TÜRKSOY ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsini, sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan xalqının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirəm", - məktubda qeyd olunub.
Bizim.Media