Valeri Çeçelaşvili: “Dəhlizə qarşı dəhliz, əsas məsələ budur” - VİDEO

Valeri Çeçelaşvili: “Dəhlizə qarşı dəhliz, əsas məsələ budur” - VİDEO

Hazırda oxunan: Valeri Çeçelaşvili: “Dəhlizə qarşı dəhliz, əsas məsələ budur” - VİDEO

44840

Gürcüstanın Goesiyasi Proqramlar Mərkəzinin direktoru Valeri Çeçelaşvili digər politoloq Gela Vasadzenin 44 günlük savaş barədə bir neçə sualını cavablandırıb. Suallardan biri çox adamın bəhs etmədiyi mövzudur.

Daha doğrusu, Zəngəzur dəhlizi barədə mütəmadi olaraq müxtəlif fikirlər səslənir, amma sırf iki koridorun – Laçın və Meğrinin müqayisəsi elə də aparılmayıb. 

Bizim.Media xəbər verir ki, GUAM-ın keçmiş baş katibi Valeri Çeçelaşvili cavabın yekun hissəsində bildirib ki, 44 günlük savaşdan sonrakı üçtərəfli bəyanatda söhbət bu 2 koridordan gedir:
 

MÖVZU İLƏ BAĞLI:

Gela Vasadze: “Cənubi Qafqazda baş verənlər qaçılmaz tarixi hadisələrdir” – ÖZƏL MÜSAHİBƏ 


“Hər şeyi analiz edəndə ortaya çıxan odur ki, üçtərəfli razılaşmada söhbət iki koridordan – Zəngəzur, yaxud Meğri və Laçın dəhlizindən gedir. Bir tərəfdən Rusiya sülhməramlılarının bir hissəsi Laçın dəhlizinə nəzarət edir. Razılaşmanın ikinci hissəsi isə Azərbaycanın Naxçıvana birbaşa giriş-çıxış imkanını təmin etməklə bağlıdır. Və bunu FTX (ФСБ) ordusu təmin etməliydi. Koridorlarla bağlı məsələ oxşayır:

1. Azərbaycan suveren ərazisi olan Laçın üzərində nəzarəti ruslara verib

2. Eyni fəlsəfə ilə də Zəngəzur dəhlizini ermənilər rusların nəzarətinə verəcək
 

Yəni, Laçın koridoru ilə Qarabağda yaşayan ermənilər Ermənistanla əlaqə saxlaya biləcək, Zəngəzur dəhlizi ilə isə azərbaycanlılar Ermənistan ərazisindən Naxçıvana gedib-gələcəklər. Sadəcə yaxşı olardı ki, İrəvan və Bakı bu dəhlizlərə özlərinin nəzarət etməsini razılaşdıra biləydilər. Yəni, Rusiyasız”.


Çeçelaşvilinin fikrincə, Azərbaycan Laçın koridoruna, Ermənistan isə Zəngəzur dəhlizinə nəzarəti həyata keçirə bilərdi. Təəssüf ki, bu iki ölkə arasında etibar, güvən mövcud deyil. 

Bizim.Media 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO