Prezident amerikalı diplomatı qəbul etdi – VACİB MÜZAKİRƏ

Prezident amerikalı diplomatı qəbul etdi – VACİB MÜZAKİRƏ

Hazırda oxunan: Prezident amerikalı diplomatı qəbul etdi – VACİB MÜZAKİRƏ

44808

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirildi, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulanıb.

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO